İstifadə formaları və qaydası:
Daxilə:
5 ml (1 çay qaşığı) gündə 2-3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl.
Xaricə:
Badam yağını bədən, üz, əl dərisini və saç dibini masaj üçün, kosmetik vasitələrin (krem, maska, şampun, gel və losyon) tərkibini zənginləşdirmək üçün istifadə etmək olar.
Yağlı saçlar üçün badam yağı təmiz halda istifadə edilir: saçları yumazdan öncə bir neçə damcı yağ saçlara köklərindən uclarına qədər çəkilir. Quru saçlar üçün yuyulduqdan sonra bir neçə damcı yağ saçlara köklərindən uclarına qədər çəkilir.
Quru dəri və saçlar üçün:
7 ml badam yağı 100 ml kosmetik vasitəyə.
Normal dəri və saçlar üçün:
5 ml badam yağı 100 ml kosmetik vasitəyə.
Yağlı dəri və saçlar üçün:
3 ml badam yağı 100 ml kosmetik vasitəyə.
Masaj:
Masaj yağı kimi tək halda və ya efir yağları ilə birlikdə (10 ml badam yağına 3-6 damcı istənilən efir yağı) istifadə olunur.
Badam yağının faydaları
Badam yağının saç və xüsusilə dəri sağlamlığı baxımından inanılmaz faydaları vardır. Buna görə kosmetik məhsullarında çox geniş şəkildə istifadə edilməkdərdir. Badam yağının yüksek miqdarda A və K vitamini ilə zəngin olması, onu sağlamlıq baxımından əhəmiyyətli edir. Bundan başqa badam yağının tərkibində fərqli miqdarda yağlar və əhəmiyyətli miqdarda zülal mövcuddur. Badam yağı şirin və acı olmaqla 2 yerə bölünür. Acı badam yağı yeməkləri daha dadlı etmək üçün istifadə edilir. Şirin badam yağı isə daha çox çiy olaraq istifadə edilir.
Badam yağının dəriyə faydaları
Badam yağının tərkibində olan uçucu yağlar dəriyə qulluq məhsullarında geniş istifadə olunur. Badam yağı dəriyə faydalı olan çoxlu miqdarda A və B vitaminləri ilə zəngindir. Badam yağı dərinin nəmlənməsinə kömək olur və dəridəki qıcıqlanmanı aradan qaldırır. Bununla yanaşı dodaqlardakı çatları aradan qaldırır. Yatmazdan əvvəl göz ətrafındakı qaralmış hissəyə badam yağı tətbiq edilməsi qaralmanı aradan qaldırmaq üçün effektiv hesab olunur. Həmçinin badam yağı üz dərisinin daha gec qocalmasına kömək edir. Badam yağı sədəf və ekzema xəstəliklərinə də faydalıdır. Dəri xəstəliklərinə, qaşıntı və qızarıqlıqlara qarşı badam yağı çox effektlidir.