Balqabaq tumu yağı aşağıdakı xəstəliklərin müalicəsi zamanı faydalıdır:
Qəbizliyə yaxşi təsir edir İltihablara yaxşı təsir edir Mədə bulantısını aradan qaldırır. Soxulcan və ya digər qurdları tökməyə kömək edir. Xərçəng riskinin azalmasına kömək edir. Oynaqların iltihabı müalicəsində müsbət nəticə göstərir.
Qısa məlumat:
Balqabaq tumun terkibi çox zəngin və yüksək qida dəyərli olduğu üçün qədimdə ondan qida vasitəsi kimi istifade ediblər. Ona görə də balqabaq tumundan alınmış yağ daha faydalı və müalicəvi əhəmiyyətə malikdir. Avropada ona “Yaşıl qızıl” deyirdilər. Balqabaq yağının təsiri onun tarkib komponentlərinə esaslanır. Balqabaq tumu yağının tərkibində bir sıra efir yağları, vitaminlar, flavonoidler, mikroelementler (demir, selen, kalsium, mis, kalium), linolen və olein turşuları ve Omega 6 vardır. Soyuq sızma yolu ile alınan balqabaq tumu yağının faydası ve müalicavi effekti daha çoxdur.
Balqabaq tumu yağının organizm üçün faydaları aşağıda qeyd olunub:
- Balqabaq tumu yağı tərkibindəki mikroelementlər hesabina – ürək əzələsinin yığılma ritmini ve gücünü requla edir. Damar divarını möhkəmlendirir, elastikliyini artırır, zədə nahiyyesini berpa edir (bu da gələcəkdə trombozun yaranmasının qarşısını alır). Diger terkib komponentləri olan efir yağları, pektinlar, flavonoidlər qan-damar sistemindəki sərbəst radikallari neytrallaşdırır və müxtəlif iltihabı prosesləri durdurur, xolesterini damar divarından temizləyir. Hipertoniya, ateroskleroz, üreyin işemik xəstəlikləri, aritmiya, insult və infarktın kompleks müalicəsində istifadəsi tövsiyə olunur. Yüksək arterial təzyiqi olan insanlara 1 ay müddətində 1 xörək qaşığı yağı, şam yeməyindən 2 saat sonra qəbul etmələri məsləhət görülür.
- Balqabaq tumunun tarkibində E vitaminin çox olması balqabaq tumu yağına prostat vəzinin iltihabı, prostat vəzinin adenoması, cinsi zəiflik. reproduktiv funksiyanın pozulması zamanı geniş istifada imkani verir. Bunun üçün 1 ay müddətində gündə 3 dəfə 1 çay qaşığı balqabaq tumu yağı qebul olunması məsləhət görülür.
- MBT orqanlarının funksiyasına müsbet təsir göstərir, öd sekresiyasını və tarkibini yaxşılaşdırır, işlədici təsirə malikdir. Hepatotrotektor tesir edərək qaraciyeri qoruyur, qaraciyer funksiyalarını bərpa edir. Mədə qıcqırmaları, qəbizlik, qastrit, mədə və 12 barmaq bağırsaq xorası zamanı məsləhət olunan qebul dozası 1-2 çay qaşığı gündə 1 dəfə, yeməkdan sonra, 1 ay müddətində.
- Allergik va infeksion-iltihabi rinit zamanı müalicəyi təsirə malikdir. Bunun müalicəsi üçün 1 xörak qaşığı gündə 1 dəfə yeməkdən sonra, 2 hafta müddetinde daxile qabul olunur. Bununla bərabər hər burun dəliyinə 6 damci balqabaq yağı damızdırılır.
- Balqabaq tumu yağının antioksidant va yağ parçalayıcı (piy toxumasini lizise uğradır), toksinleri xaric etme xüsusiyyətləri hesabına piylənmanin müalicəsində yüksək effekt əlda etmək olur. Bunun üçün 1 çay qaşığı gündə 3 dəfe daxilə qəbulu tayin olunması meslehet görülür. (1 ay müddətində)
- Bundan əlavə tərkibində olan efir yağları bağırsaq qurdları ile mübarizə zamanı böyük rol oynayır. Enterobioz, askarida va bir sira tükbaşlı qurdların kompleks müalicə ve profilaktikasında geniş istifadə olunur. Bunların müalicəsi zaman 1 çay qaşığı gündə 2 dəfe (səher və axşam), 1 ay müddətində daxilə qəbulu teyin olunur.
Xüsusi qeyd: balqabaq yağının ödqovucu xüsusiyyətini nəzərə alıb, öd daşı xestelerinə xüsusi nezaretle teyin olunmalıdır.
Balqabaq tumu yağının daxilə qəbulu zamanı bir sıra qaydalara riayət
olunması vacibdir:
- Daxilə qəbul müddəti adətən 1 ay götürülür:
- Müalicəya kiçik dozalarla başlamalı (bədən tedricən adaptasiya olunsun),
- Daxilə gəbul yeməkdən 1,5-2 saat sonra olunsun;
- Su ila içilməsin, daha yaxşı olar ki, meyvə şirələri ilə birgə qəbul olunsun;
- Soyuq halda içilsin, qizdırıldığı halda tərkibində olan faydalı maddələrin onun parçalanma hesabına təsiri azalır.
Balqabaq tumu yağı gözəllikdə de geniş istifadə olunur:
Mikroelementlərlə zəngin olan balqabaq tumu yağı saçlara parlaqliq ve yumşaqlıq verir, saç dibini möhkənləndirir, saçların tez qırılmasının qarşısını alır, saçların tez uzanmasını təmin edir. Dərini nəmləndirir və gözəlləşdirir. Tarkibindəki karotin hesabına dərinin regenerasiyasını sürətlandirir, elastikliyini normallaşdırır, dərini yumşaldır. Dırnaqları möhkəmləndirir, tez sınmasinin və haçalanmasının qarşısını alır.