Müalicəvi əhəmiyyəti
Günəbaxan yağı yağ əridən vitamin hesab olunan E vitamininin başlıca mənbəyidir. E vitamini ateroskleroz və digər ürək xəstəliklərindən müdafiə edən mükəmməl antioksidləşdiricidir. O immun sistemini möhkəmləndirir, yaşlanmanı əngəlləyir və nəhayət, qara ciyər üçün çox vacibdir. Tərkibindəki E vitamini sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin funksiyalarına təsir edir, zülallar və karbohidratların mübadiləsində iştirak edir, yaddaşı gücləndirir. Günəbaxan yağının digər vacib bir komponenti isə doymamış yağ turşularıdır. Bu turşular F vitamini adlanır və qara ciyər hüceyrələrinin, bağırsaqlar və sinir tellərinin fəaliyyəti üçün çox vacibdir.
İstifadəsi
Unutmayın ki, güclü isinmə zamanı bitki yağının faydalı xüsusiyyətləri itir, bir müddətdən sonra isə ümumiyyətlə sağlamlıq üçün zərərli olur. Ona görə də heç vaxt istifadə edilmiş eyni yağda bir neçə dəfə qızartma hazırlamayın. Günəbaxan yağından ən faydalı istifadə onun salatlarda istifadə edilməsidir. Təzə tərəvəz və göyərtilər sizin orqanizminizi suda həll olan vitaminlər, günəbaxan yağı isə yağı həll edən vitaminlərlə gündəlik normanı təmin edəcək. Digər bir nüans isə bundan ibarətdir ki, yalnız yağların iştirakı ilə beta- karotin tərəvəzlərdən A vitamininə çevriləcək. Beləliklə, günəbaxan yağı salatlar üçün ideal variantdır.