Kətan yağı aşağıdakı xəstəliklərin müalicəsi zamanı faydalıdır:
Pis xolesterini azaldır, damarların divarının sağlamlığını, keçiriciliyini qoruyur Xərçənglə mübarizə aparır Dərini bərpa edir, səpki və qaşınmanı aradan qaldırır Orqanizmdə orqan və toxumalarda müxtəlif iltihabi ocaqları sağaldır, antibiotik kimi təsir edir Tazyiqi normallaşdırır, ürəyə yaxşı təsir edir.
Qısa məlumat:
Kətan yağı sağlamlıq üçün ən vacib sayılan yağlardandır. Belə ki, bu yağın tərkibi doymamiş yağ turşuları ilə zəngindir. Onun tərkibində insan orqanizmində sintez olunmayan və əvəzolunmayan yağ turşuları olan Omeqa 3 ve 6 yüksək dozadadır. Kətan yağının tərkibində olan Omeqa 3 yağının miqdarı diger yağlarda olan Omega 3 yağının miqdarından çoxdur va hətta baliq yağından 2 dəfə artıqdır. Kətan toxumlarından alınan yağın müalicəvi xüsusiyyətlərinə görə ondan qədim zamanlardan istifadə edilibmiş. Ən keyfiyyətli kətan yağı soyuq sixılma üsulu ilə əlde ədilən yağ hesab olunur. Kətan yağının tərkibində bundan əlavə B qrup, A, E, K vitaminləri də vardır. Bu yağ hüceyrələrin qidalanmasına və onların gələcək fealiyyətinə müsbət təsir edir. Kətan yağının tərkibi fitosterol, xolin, fosfor, kalsium, sink ve kaliumla da çox zəngindir.
Kətan yağı orqanizm tərəfindən asan sorulur va müalicəvi təsir göstərir:
- Kətan yağının Omeqa 3 ilə zəngin olması onun ilk növbədə beyin və görmə orqanlarının fəaliyyəti üçün əvəzsiz olması barəsində düşünmə zəruriyyəti yaradır. Kətan yağı beynin fəaliyyətini artırır, analiz qabiliyyətini gücləndirir, yaddaş, diqqət və konsentrasiyanın artmasını təmin edir, görmə sahəsini və görmə itiliyini artırır.
- Tərkibində olan Omeqa yağları sayəsində kətan yağı orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, qanda ziyanlı xolesterinin (LDL) miqdarının azalmasına səbəb olur, qanın laxtalanma müddətini uzadır, damar divarlarının elastikliyini artırır, infarktın, işemik xəstəliklərin, aterosklerozun, insultun va tromboflebitin əmələ gəlməsinin qarşısını alır.
- MBT-nın (mədə bağırsaq traktı) pozğunluğu və qəbizlik zamanı kətan yağının istifadəsi detoksikasiya edici effekt verir. bağırsağı təmizləyir, toksik maddələri orqanizmdən xaric edir. Bunun üçün kətan yağının səhər acqarına içilməsi məsləhət görülür. Kətan yağı həmçinin həzm sisteminin ve qaraciyər funksiyasının yaxşılaşmasına qəbizliyin, qicqirmanın aradan qalxmasına səbəb olur və antiparazitar təsir göstərir. Kətan yağının qıcıqlanmış bağırsaq sindromu zamanı da effektivliyi barəsində kliniki çalışmaları mövcuddur
- Kətan yağı arıqlama üçün ideal vasitədir. Kətan yağını mütəmadi olaraq qəbul edildiyi halda orqanizmə linolen, olein va alfa-linolen yağ turşuları daxil olur ki, bu da acliq hissini azaldır və istənilən pəhrizi effektiv və nəticəli edir. Bunun üçün yeməkdən 20-30 dəqiqe əvvəl 1 çay qaşığı ketan yağının qəbulu məslahət görülür. Təyin olunan pəhriz uzun müddət davam edərsə, bu zaman qəbul olunan kətan yağının miqdarı tədricən 1 xörək qaşığınadək artırılır.
- Kətan yağı yodun orqanizmə menimsənilməsini artırır. Hipertireozlu və yod çatışmazlığı olan xəstələrin öz rasionlarına salmaları və gündəlik istifadə etmələri xüsusilə tövsiyə edilir.
- Kətan yağından istifadə etmək orqanizmin mudafiə qüvvəsini artırır, bağırsaq və döş xərçənginin əmələ gəlməsinin qarşısını alır. Davamlı olaraq uşaqlara kətan yağı vermək onların sağlam böyüməsinə səbəb olur.
- Kətan yağı vegetarianlar üçün Omeqa 3 əvəzolunmayan yağ turşularının təlabatını ödəmək üçün gündəlik istifadəsi vacibdir.
Kosmetologiyada rolu:
- Kətan yağı tərkibindəki ALA-alfa linolen turşusu hesabina dəri hüceyrələrinin iltihabı prosesini aradan qaldırır, dərinin regenerasiya qabiliyyətini artırır.
- Dərini daxildən qidalandıraraq cavanlaşdırır, nəmləndirir, qırışlardan azad edir.
- Kətan yağı saçların möhkəmlənməsi üçün əla vasitədir. Saçları yumazdan 10 dəqiqə əvvəl saç diblərini kətan yağı ilə massaj etməklə saçların uzanmasına və möhkəm olmasına nail olmaq olar. Kətan yağı saç dərisində olan seboreya xəstəliyinin sağalmasına səbəb olur va kəpəklənməni aradan qaldırır.
İstifadə formaları və qaydası:
Gündə 1-2 xörək qaşığı yeməkdən 20 dəqiqə əvvəl 20 gün müddətində daxilə qəbul edilir. 2-4 həftəlik fasilədən sonra yenidən qəbul oluna bilər. Bundan əlavə, müxtəlif maskaların və termiki işlənməyə məruz qoymadan salat və yeməklərin hazırlanmasında istifadə oluna bilər.