Farmakoloji təsiri:
Qara zirə ağrıkəsici, antibakterial, göbələk və virusəleyhinə təsirlərə malikdir. Qan dövranını yaxşılaşdırır, iltihabəleyhinə təsir edir və trofik yaraların sağalmasını sürətləndirir. İmmun sistemi möhkəmləndirir, arterial təzyiqi salır, qaraciyərqoruyucu, antioksidant xüsusiyyətlərə malikdir. Maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır, şiş hüceyrələrinin əmələ gəlməsini və böyüməsini ləngidir. Antiallergik təsir göstərir, bronxları genişləndirir, qanyaranmanı sürətləndirir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini artırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansını tənzimləyir, cinsi qabiliyyəti artırır.
İstifadə qaydası:
Xaricə:
Fitioil Qara zirə yağı gündə 2 dəfə dərinin zədəli nahiyəsinə çəkilir.
Qara zirə toxumu xaricə məlhəm şəklində istifadə olunur.
Resept: 400 ml alma sirkəsi isidilir, üzərinə 200 qram üyüdülmüş qara zirə toxumları əlavə edilir. Qaynadıqdan sonra qarışığa qarğıdalı nişastası əlavə edərək qarışdırılır və ocaqdan götürülür. Alınmış məlhəm soyuduqdan sonra tünd rəngli şüşə qaba yerləşdirilir, sərin və qaranlıq yerdə saxlanılır. Gündə 2 dəfə xəstə nahiyəyə çəkilir.
Daxilə:
Qara zirə yağı 3 ay müddətində gündə 2 dəfə böyüklər üçün 1 xörək qaşığı, uşaqlar üçün 1 çay qaşığı yeməkdən əvvəl daxilə qəbul edilir.
Qara zirə toxumundan 10 qram (1 xörək qaşığı) 200 ml qaynar suda dəmlənir, 3 ay müddətində gündə 3 dəfə daxilə qəbul olunur.
Buraxılış forması: Qara zirə yağı – tünd rəngli şüşə flakonda, 250 ml; qara zirə toxumu – karton qutuda, 50 qr.