Qoz yağı aşağıdakı xəstəliklərin müalicəsi zamanı faydalıdır:
Onkoloji xəstəliklər, Şəkərli diabet, Vərəm, Qəbizlik, Xroniki artrit, Ateroskleroz, Xroniki kolit, Otit, Mədə və on iki barmaq bağırsağın xorası, Hipertoniya
Qısa məlumat:
Bitkilərdən alınan yağlar içində qoz yağının insan orqanizmi üçün xüsusi dəyəri vardır. Onun Orqanizm üçün faydası yüksək qiymətləndirilir və “təbiətin möcüzələrindən” sayılır. Qoz yağının hazırlanması üçün ağacdan dərilmiş meyvələr 3-4 ay erzində saxlanılır və sonra ondan presslenme üsülu ilə yağ əldə edilir. Qoz yağının tərkibində qliseridlər, kətan yağı, miristin turşusu, əvəz olunmayan yağ turşuları (Omeqa 3 və 6 miqdarı 77%), mikroelementlər (sink, yod, fosfor, mis, dəmir, kalsium, kobalt və maqnezium), bir sıra vitaminlər (A, C, K, B qrup vitaminləri) və rekord səviyyədə E vitamini vardır.
Qoz yağı- tonuslandırıcı, qocalma proseslərinin ləngitməsi, orqanizmin cavanlaşdırması, detoksikasiyaedici, immuniteti yüksəltmək kimi təsirlərə malikdir.
Qoz yağının faydaları:
Qədim fars təbabətində belə bir deyim var idi: “Qozun çəyirdəyi beyin, onun yağı isə ağıldır”. Qoz yağının tərkibində olan evəz olunmayan yağ turşuları hesabina beynin inkişafına təsir göstərir, yaddaşı və diqqəti artırır, konsentrasiyanı cəmləməyə kömək edir, sinir impulslarının ötürülməsini ve analiz qabiliyyətini yüksəldir (IQ səviyyəsini artırır). Bundan əlavə tərkibində olan B qrup vitaminləri sinir hüceyrələrinin qidalanmasında, yenilənməsində və sinir sisteminə sakitləşdirici effekt vermesinde rol oynayır.
- Qoz yağının tərkibində xüsusi yüksək dozada olan E vitamini orqanizmində reproduktiv funksiyanı artırır, cinsi yetişkənliyi normal formalaşdırır, cinsi hevəsi (libidonu) artırır, erektil funksiyaları bərpa edir, kiçik çanaq orqanlarının qanla qidalanmasını artırır. Hamiləlik planlayan qadınlar xüsusilə öz rasionlarına qoz yağı əlavə etmələri tövsiye olunur. Bundan əlavə tərkibində olan sink (Zn) erektil disfunksiyanı aradan qaldırır və prostat şirəsinin tərkibini zənginləşdirir ki, bu da spermatozoidlərin qidalanması və dölləndirmə qabiliyyətinin artmasına səbəb olur.
- Xoş xassəli və bəd xassəli şişlərin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. Qoz yağından mütəmadi istifadə olunduğu halda orqanizmdən radionukleotidləri davamlı olaraq xaric edir. Onların orqanizmdə toplanmasının və atipik hüceyrələrin yaranmasının qarşısını alır. Bundan başqa orqanizmin ümumi müdafiə səviyyəsini artırır və güclü tonuslandırıcı effekt verir
- Qoz yağının terkibinin mikroelementlerle, xüsusilə yodla zengin olması onun qalxanabənzər vəzinin xəstəlikləri zamanı, kolit (xüsusilə qəbizlik zamani) va damarların varikoz genelmələri zamanı geniş istifadəsi meslehet görülür. Bunun üçün qoz yağını 2 xörək qaşığı şam yeməyindən 2-3 saat sonra qabul etmək lazımdır.
Sinusitler, otit, vərəmin müalicesi zamanı daha çox tövsiye olunan bitki yağıdır. Komplekse elave olunan qoz yağı adları sadalanan xestelikler zamanı tez effekt əldə etməyə əhəmiyyətli dərəcədə yardım edir.
- Qoz yağının ürək-damar sistemində də təsiri əvəzolunmazdır. Terkibinde olan evezolunmayan yağ turşuları və mikroelementlər hesabına qanda zərərli xolesterinin miqdarını azaldır, damarlarda yaranmış kirəcləşmənin qarşısını alır, qanı durulaşdırır, arterial təzyiqi normallaşdırır. Bu təsirlərə esaslanaraq qoz yağını hipertoniyalı, şəkərli diabetli, aterosklerozlu xəstələrin kompleks müalicə va profilaktikasında istifadə etmək məsləhət görülür. 1 çay qaşığı gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul olunur.
- Bir sıra dəri xəstəliklərinin müalicəsində də qoz yağından geniş istifade olunur. Ekzema, psoriaz, furunkulyoz, dəride yaranmış yanıqlar, gec sağalan yaralar zamanı qoz yağının hem yerli, həm de daxilə istifadəsi yüksək terapevtik effekt almağa yardım edir. 1 xörək qaşığı günde 1 defe yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur.
- Eyni zamanda qoz yağı güclü antiparazitar effekte malikdir. Bunun üçün 3 gün 50 ml yağı səhər acqarına qebul etmək məsləhət görülür.
Qoz yağının kosmetologiyada rolu:![]()
- Dərini canlandırır, zəngin qidalandırıcı effekt verir;
- Dərinin regenerasiyasını artırır; Bir sıra dəri xəstəliklərinin kompleks müalicəsinde geniş istifadə olunur (ekzema, psoriaz, furunkulyoz, deride yaranmış yanıqlar, gec sağalan yaralar);
- Dəri səthinə gündəlik istifade edildiyi halda cavan və təravətli dəriye sahib olmaq imkanı verir. Qoz yağının tərkibinde olan A vitamini saçların gözəl, parlaq, hamar və ipək kimi olmasını təmin edir, tökülməsinin qarşısını alır.